Eder Bakıya gəlməyəcək
01.03.2013 - 18:45
DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqibi olan Portuqaliya yığması itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, martın 26-da komandamızın qonağı olacaq pireneylilərin baş məşqçisi Paulu Bentu Ederin xidmətindən məhrum olub.
Belə ki, zədələnən hücumçu üçün cari mövsüm bitib. Bu, Ederin təkrar müayinəsi zamanı müəyyənləşib. Xeyli əvvəl zədələnən forvardın yaxın zamanda sağalacağı gözlənilsə də, müayinə fərqli nəticə göstərib. Bu da o deməkdir ki, Eder seçmə mərhələnin martın 22-də İsrail, 26-da Azərbaycanla matçlarda forma geyməyəcək.
Qeyd edək ki, millimiz Portuqaliya ilə Bakıda qarşılaşacaq.

0
0