Millimizin daha bir futbolçusu Lüksemburq və Portuqaliya ilə oyunları buraxa bilər
03.03.2013 - 12:50
Millimizin daha bir futbolçusu Lüksemburq və Portuqaliya ilə oyunları buraxa bilər
Azərbaycan milli komandasının futbolçusu Əli Gökdəmirin 2014-cü il dünya çempionatının seçmə mərhələsində Lüksemburq və Portuqaliya yığması ilə rəsmi oyunlarda iştirakı sual altına düşüb. Apasport.az saytının məlumatına görə, buna səbəb “Hannover”in müdafiəçisinin zədələnməyidir.

Məşqdə bu problemlə üzləşən Əli 2 həftəlik sıradan çıxıb. Buna görə o, martın 22-də və 26-da keçiriləcək rəsmi matçlara çağırılmaya bilər. Son vaxtlar “Havvore”in əsas heyətinə daxil edilən Gökdəmir zədələndiyinə görə son turda “Borussiya” ilə matçda əvəzedici heyətdə də olmayıb.

Qeyd edək ki, yığmamızın milliləşdiirlən digər türkiyəli futbolçusu – “Sivasspor”un hücumçusu Cihan Özkara da zədəli olduğundan, kənarda qalıb. Milliləşdirilən serbiyalı hücumçu Branimir Subaşiç isə əzələsi qırıldığından, ən azı 1 ay oynamayacaq.