Mahmud Qurbanov: Komandamız bu gün daha istəkli idi
03.03.2013 - 17:33
“Maraqlı oyun oldu. Komandamız bu gün daha istəkli idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov deyib. Gəncəlilər 3 aylıq fasilədən sonra ilk xalını bu gün Topaz Premyer Liqasında “Simurq”la evdə 1:1 hesablı bərabərliyə qaldıqları oyunda qazanıb.
Qurbanov yetirmələrindən razı qalıb: “Hesabı açdıq, ilk hissədə bu nəticəni qoruya bildik. Rəqibin iki əvəzetməsi bizə çətinlik yaratdı. “Simurq” kimi komanda ilə oyunda bir xal qazandıq. İlk altılıqda onlara uğurlar arzulayıram”.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0