Azərbaycan kubokunun qalibinin qardaşı yığmamıza qarşı
06.03.2013 - 13:25
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Portuqaliya yığmasına yeni sima cəlb olunur. Apasport.az saytının məlumatına görə, baş məşqçi Paulu Bentu martın 22-də İsrail, 4 gün sonra Azərbaycanla keçiriləcək səfər matçlarının hazırlığında David Simaoya şans verməyi qətiləşdirib.
Belə ki, mütəxəssis Portuqaliyanın “Maritimo” klubunda çıxış edən 23 yaşlı yarımmüdafiəçini milliyə dəvət edib. İlk dəfə əsas yığmada oynamaq imkanı qazanacaq David bunadək ölkəsinin bütün yaş qruplarından ibarət millilərində çıxış edib.
Simaonun Portuqaliya yığması ilə Bakıya səfəri xüsusi məqamla əlamətdardır. Belə ki, o “Xəzər Lənkəran”da oynamış Bruno Simaonun kiçik qardaşıdır. 2011-ci ilin ilk yarısında cənub təmsilçisinin heyətində çıxış edən sol cinah müdafiəçisi mövsümü titulla başa vurub. Belə ki, Bruno qardaşının yığmamızla oyuna çıxacağı Tofiq Bəhramov adına respublika stadionunda Azərbaycan kubokunu qazanıb. Simao “İnter”lə 1:1 hesabı ilə nəticələnən final görüşündə penaltilər seriyasında sevinmişdi. Kubok qazanıldıqdan az sonra isə klub rəhbərliyi Simaodn imtina etmişdi.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0