“Deportivo”dan Bakıya gələnlər
06.03.2013 - 16:06
“Deportivo”dan Bakıya gələnlər
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Portuqaliya yığmasına çağırılan daha 4 futbolçu məlum olub. Apasport.az saytının xəbərinə görə, İspaniyanın “Deportivo” klubunda çıxış edən 4 oyunçu martın 22-də İsrail, 4 gün sonra Azərbaycanla səfər matçlarına çağırılıb.

Baş məşqçi Paulu Bentu Bruno Qama, Nelson Oliveyra, Silvop və Pizzini heyətə daxil edib. La Korunya təmsilçisinin üzvləri Təl-Əviv və Bakıdakı görüşlərdə milliyə kömək etməli olacaq.

Qeyd edək ki, bunadək daha 4 futbolçunun yığmaya çağırıldığı məlum olmuşdu. Bunlar David Simao, Rikardo, Edinyo və Coşua idi.