“Barselona” cərimələnəcək
07.03.2013 - 23:27
“Barselona” cərimələnəcək
İspaniyanın şərqində yerləşən Katalonya Muxtar Rəhbərliyinin Daxili İşlər Nazirliyi “Barselona” haqqında istintaqa başlayıb. Apasport.az saytının məlumatına görə, buna sözügedən qurumun azarkeş qruplarına birbaşa və ya başqa yollarla bilet satdığı iddiası səbəb olub.

Həmçinin Daxili İşlər Nazirliyi fevralın 26-da “Nou Kamp”da keçirilən İspaniya Kral kubokunun cavab oyun günündə yerli azarkeşlərin rəqib tribunalarına məşəl atması ilə bağlı da “Barsa”ya istintaq açıb.

“El Klassiko”da “Barselona” klubu fərqli azarkeş qruplarına dənəsi 10 avrodan cəmi 1100 bilet satıldığı təsdiqlənib.

Qeyd edək ki, “Barselona” Katalonya Muxtar Rəhbərliyinin icra etdiyi istintaq nəticəsində günahkar olduğu təqdirdə, məşəl atılmasından 60 min və ya 600 min avro, azarkeş qruplarına bilet satışından isə 3 min və ya 60 min avro arasında dəyişən pul cəzası ilə cərimələnməsi gözlənilir.