Portuqaliya yığmasının Bakıya səfər öncəsi çətinliyi
11.03.2013 - 11:27
Portuqaliya yığmasının Bakıya səfər öncəsi çətinliyi
Portuqaliya yığması 2014-cü il dünya çempionatının seçmə mərhələsində Azərbaycana səfər öncəsi çətinliklə üzləşib. Apasport.az saytının məlumatına görə, portuqaliyalıların bizə qədər qonağı olacaqları İsrailə səfəri ABŞ prezidenti Barak Obamanın bu ölkəyə gəlişi ilə eyni vaxta düşüb. Bu da təhlükəsizlik xidmətinin əməkdaşlarına əlavə başağrısı yaradıb.

İsraillə oyuna 2 gün qalmış – martın 20-də gələcək yığma təyyarədən birbaşa otelə yollanaraq həmin gün istirahət edəcək və oyun qabağı yalnız 1 məşq etməli olacaq. Bu, martın 21-də axşam olacaq.

Qeyd edək ki, Portuqaliya martın 26-da millimizlə Bakıda üzləşəcək.