Nazim Süleymanov Zaqatalaya gedir
11.03.2013 - 11:54
Topaz Premyer Liqasının XXIII turu çərçivəsində keçiriləcək "Simurq" – "Qarabağ" oyununu Azərbaycan milli komandasının məşqçiləri də izləyəcək. Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqtsun köməkçiləri martın 12-də Zaqatalada baş tutacaq qarşılaşmanın tamaşaçıları sırasında olacaq. Belə ki, almaniyalı mütəxəssis Nazim Süleymanov və Olaf Yansenin bu görüşü izləməsini lazım bilib.
Qeyd edək ki, yığmamız bu oyunun ertəsi gün DÇ-2014-ün seçmə mərhələsinin Lüksemburqla martın 22-də və Portuqaliya ilə 26-da baş tutacaq görüşlərinin hazırlığına başlayacaq.
Mənbə: affa.az
Qeyd edək ki, yığmamız bu oyunun ertəsi gün DÇ-2014-ün seçmə mərhələsinin Lüksemburqla martın 22-də və Portuqaliya ilə 26-da baş tutacaq görüşlərinin hazırlığına başlayacaq.
Mənbə: affa.az
- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0