Nani də Azərbaycanla oyun öncəsi zədələndi
11.03.2013 - 13:38
Portuqaliya milli komandasının ulduz futbolçularından olan Nani DÇ-2014-ün seçmə mərhələsinin qarşıdakı 2 oyununu buraxa bilər. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin martın 22-də İsrail, 4 gün sonra Azərbaycanla səfər matçlarında meydana çıxması sual altına düşüb.
Buna Naninin şərəfini qoruduğu “Mançester Yunayted”in heyətində zədələnməsi səbəb olub. O, İngiltərə kubokunun 1/4 final mərhələsinin “Çelsi” ilə matçının (2:2) ilk hissəsində omba nahiyəsindən şikayətlənərək meydanı tərk edib.
Mançesterlilərin baş məşqçisi Aleks Ferqyuson bu xəsarətin ciddi olmadığını düşünür: “Naniyə dizindən aşağı hissəsində aldığı zədə əziyyət verir. Ancaq mən bunun çox ciddi problem olduğunu düşünmürəm. Sadəcə daha oynaya bilmədiyindən əvəz olundu”.
Qeyd edək ki, Naniyədək sağ cinah müdafiəçisi Joao Pereyra da zədələnərək səfər matçlarında iştirakımı şübhə altına qoyub.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0