Lüksemburq - Azərbaycan matçının hakimləri müəyyənləşdi
13.03.2013 - 17:17
Lüksemburq  - Azərbaycan matçının hakimləri müəyyənləşdi
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində martın 22-də Lüksemburqla səfər oyununu idarə edəcək hakimlər açıqlanıb. Apasport.az saytının məlumatına görə, matça Padrayh Suttonun başçılıq etdiyi irlandiyalı hakimlər təyinat alıb. Ona Caran Delaney, Dermot Brouton və Neyl Doyl yardımçı olacaq.

Ədalət təmsilçilərinin işinə belçikalı hakim-inspektor Marsel Vanelsot qiymət verəcək. UEFA komissarı avstriyalı Volfqanq Terrriçterdir.