Raufun hərəkəti Foqtsu əsəbiləşdirdi
13.03.2013 - 17:35
Raufun hərəkəti Foqtsu əsəbiləşdirdi
Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də Lüksemburq, 4 gün sonra Portuqaliya ilə keçiriləcək oyunların hazırlıqlarına start verib. Apasport.az saytının məlumatına görə, millimizin ilk məşqi maraqlı hadisə ilə əlamətdar olub.

“Bakı”nın yeni transferi Rauf Əliyev ilk hazırlığın baş tutduğu ADBTİA stadionuna hamıdan əvvəl gəlib. Arenaya təkcə gəlib komanda yoldaşlarını gözləyən Əliyevin hamını qabaqlaması isə təsadüfi olmayıb. Belə ki, AFFA-nın inzibati binasının qarşısında baş tutan toplantıya gecikdiyini görən hücumçu birbaşa məşq meydanına üz tutub.

Futbolçunun təyin olunan yerə deyil, məşqə getməsi isə millinin baş məşqçisi Berti Foqtsun xoşuna gəlməyib. Almaniyalı komanda ilə birlikdə stadiona çatan kimi Raufla söhbətə başlayıb. Ona əlindəki saatı göstərən Foqts vaxtında və yerində olmağı tövsiyə edib.