Mahir Şükürov: Portuqaliyadan xal almaq mümkündür
13.03.2013 - 18:41
“Bugündən etibarən milli komanda yığılıb. Bayaq iclas olub. Hamımız canla-başla yığışmışıq ki, qarşıdakı çətin oyunlara hazırlaşaq. Biz də istəyirik ki, həm Lüksemburq, həm də Portuqaliya ilə matçlardan xal alaq. Lüksemburqa qarşı oyun çətin olacaq. Hər şey ola bilər. Çünki onların da oyunçuları Avropada çıxış edir. İtaliya, İspaniya və Almaniyada oynayan futbolçuları var. Bu oyuna ciddi hazırlaşsaq, səfərdən xalla qayıtmaq olar”. Bunu apasport.az saytına açıqlamasında millinin və “Neftçi”nin müdafiəçisi Mahir Şükürov deyib.
Milli komanda bugündən etibarən Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıqlara başlayıb. Ayın 20-dək ölkəmizdə hazırlıq keçəcək Berti Foqtsun yetirmələri sonra Lüksemburqa səfər edəcək.
Mahir Lüksemburqdan 3, Portuqaliyadan isə evdə xal qazanmağın mümkünlüyünü vurğulayıb: “Əsas üstünlüyümüz məşqçinin seçdiyi taktikadan asılı olacaq. Məncə, müdafiə yox, hücum futbolu oynayacağıq. Ona görə də nə gücümüz varsa, meydanda qoyacağıq ki, Lüksemburqdan 3 xal alaq. Çünki bu komanda ilə oyundan qələbə ilə qayıtmaq gücündəyik. Portuqaliya ilə oyunumuz da çətin olacaq. Evdə oynadığımızdan, azarkeşlərimiz bizə dəstək olacaq. Bu üzdən bu komanda ilə matçdan da nəticə gözləmək olar. Hazırda yenilməyən komanda yoxdur. Portuqaliyadan evdə xal almaq mümkündür”.
Səbuhi TOFİQOĞLU

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0