Azərbaycan – Portuqaliya oyununda ingiltərəli hakim
14.03.2013 - 11:31
Azərbaycan – Portuqaliya oyununda ingiltərəli hakim
DÇ-2014-ün seçmə mərhələsinin martın 26-da keçiriləcək Azərbaycan – Portuqaliya oyununun baş hakimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, martın 26-da baş tutacaq oyunu ingiltərəli Andre Marriner idarə edəcək. 42 yaşlı ədalət təmsilçisi komandaları Tofiq Bəhramov adına Respulika stadionuna çıxaracaq.

Qeyd edək ki, Mariner 2009-cu ildən FİFA referisidir.