Seçmə mərhələlərdə 2-ci oyun - FOTO
14.03.2013 - 12:01
DÇ-2014-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – Portuqaliya oyununu idarə edəcək ingiltərəli Andre Marrinerin kimliyi məlum olub. Apasport.az saytının xəbərinə görə, 1971-ci il yanvarın 1-də anadan olan referi martın 26-da Bakıda baş tutacaq görüşdə fit çalacaq.
Marriner hakimliyə doğma Birminhem şəhərinin həvəskar liqasında başlayıb. Bu, yığmamızın da yarandığı 1992-ci ilə təsadüf edib. 2000-ci ildən isə hakim İngiltərə Futbol Liqasının oyunlarına təyinat almağa başlayıb. 2003-cü ildə isə o, Premyer Liqada debüt edərək “Çarlton” – “Norviç” matçında iş başında olub.
2005-ci ildə isə Andre Premyer Liqa oyunlarını idarə edəcək hakimlərin siyahısına düşür. O, 2008-ci ildə İngiltərə Superkubokunun oyununda 4-cü hakim kimi iş başında olub. 2 il sonra isə Marriner “Uembli”dəki Superkubokun baş hakimi kimi meydana çıxıb.
2009-cu ildən FİFA referisi olan ingiltərəli Avropa Liqasının qrup mərhələsinin matçlarına da təyinat alıb. Bakıdakı matça qədər əsas yığmaların cəmi 1 seçmə oyununda Marriner fit çalıb. Bu, Avro-2012-nin Moldova – İsveç görüşü olub. Həmin qarşılaşmada qonaqlar 4:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, indiyədək Marrinerin yolları komandalarımızla kəsişməyib.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0