Foqts Rəşadları eyni mövqeyə qoyur
14.03.2013 - 16:19
Azərbaycan milli komandası 2014-cü il dünya çempionatının seçmə mərhələsində martın 22-də qonağı olacağı Lüksemburq yığması ilə oyuna hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, millimiz bu gündən 2 dəfə olmaqla məşq prosesinə keçib.
Səhər məşqində “Qəbələ”nin qapıçısı Anar Nəzirovla “İnter”in müdafiəçisi Vladimir Levin yox idi. Belə ki, dünən Topaz Premyer Liqasında bir-biri ilə üzləşən komandaların futbolçularının bu gün 2-ci məşqdə olmağı nəzərdə tutulmuşdu. Anarın yoxluğunda millidə 2 qapıçı – “Bakı”dan Kamran Ağayevlə “İnter”dən Səlahət Ağayev iştirak edirdi. Onları qapıçılarla işləyən məşqçilər – almaniyalı Uli Ştayn və Etibar Tarıververdiyev hazırlaşdırırdı.
Ənənəvi isinmə hərəkətlərindən sonra baş məşqçi Berti Foqts bir müddət futbolçularla toplu çalışmalar üzərində işlədi. Məşqin əsas hissəsi meydanın bir mərkəzində ikitərəfli oyunla keçdi. Foqts burada hər komandada 6 sahə oyunçusu olmaqla 3 qrupu sınadı. O, lazım olduğu anda meydana girərək, futbolçulara topla necə hərəkət etməli olduğunu anladırdı.
İkitərəfli oyun zamanı “Neftçi”nin kapitanı Rəşad Sadiqovun mərkəz müdafiəçisi kimi sınandığı diqqətimizi çəkdi. Düzdür, bu, 11 nəfərdən ibarət komanda olmasa da, hər halda, Rəşad “Qarabağ”lı Bədavi Hüseynovla birgə duet təşkil edirdi. Hüseynovun isə mərkəz yarımmüdafiəçisi yox, mərkəz müdafiəçisi olduğu, ehtiyac yaranan zamanı sağda oynadığı məlumdur. Almaniyalı çalışdırıcı Rəşadın adaşı, millimizin əsas mərkəz müdafiəçisi olan Rəşad Sadıqovu “Qarabağ”da da komanda yoldaşı olan Qara Qarayevlə yanaşı oynadırdı. Sonuncu isə dayaq yarımmüdafiəçi mövqeyində çıxış edir.
Məlumdur ki, Foqts Sadiqovu Dubaydakı yoldaşlıq görüşlərində mərkəz müdafiəçisi kimi oynatmaqla çoxlarını təəccübləndirdi. Özü də Rəşaddan futbolçudan razılığını ifadə etməyi onu yığmada bu mövqedə gördüyünə işarədir. Düzdür, millidə mərkəz müdafiəçiləri var. Ancaq “Simurq”un kapitanı Rasim Ramaldanov dayaq yarımmüdafiəçisi mövqeyində sınanılmaqda davam edir. Elhad Nəziri isə klubu “Petrolul”da oynamır. Foqts Levinlə uzun fasilədən sonra milliyə qaytarılan, mərkəz müdafiəçisi kimi oynaya bilən Elnur Allahverdiyevi hələ ki məşqə çıxarmayıb. Bir sözlə, Rəşadların millidə müdafiənin mərkəzində duet təşkil etdiyini görsək, təəccüblənməyə dəyməz.
Foqts son turda poker edən “Sumqayıt”lı Pərdis Fərcad Azadı əsas komandada yeganə hücumçu kimi oynatmağı da diqqəti çəkən idi. Millidə yarımmüdafiənin demək olar hər yerində oynayan Cavid Hüseynov bu dəfə sol cinahda qərarlaşmışdı.
Mehman SÜLEYMANOV

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0