Kriştianu Ronaldo Biləcəridə
14.03.2013 - 18:16
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Portuqaliya yığmasının qarşıdakı oyunlara hazırlıq planı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Paulu Bentunun yetirmələri martın 18-də bir araya gələcək.
Rəqibimiz vətənində 4 məşq keçəcək. Hazırlığın ilk və son günündə 1, martın 19-da isə 2 məşqə çıxacaq Portuqaliya millisi ayın 21-də İsrailə yollanacaq. Onlar ertəsi gün paytaxt Təl-Əvivin yaxınlığındakı Ramat-Qan şəhərindəki Milli stadionda meydan sahibləri ilə qarşılaşacaq.
Martın 23-də Azərbaycana yollanacaq Bentunun yetirmələri Bakıda 3 gün hazırlıq keçəcək. Əfsanəvi Kriştianu Ronaldo və onun komanda yoldaşları bu müddətdə “Bakı” klubunun Biləcəridəki bazasında məşq edəcək.
Qeyd edək ki, Azərbaycan – Portuqaliya oyunu martın 26-da saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0