“Gələn mövsüm üçün çempionluğu hədəfləmişik”
14.03.2013 - 20:27
“Artıq komandamızın yeni baş məşqçisi məlumdur. Uelsli Con Benjamin Toşakla rəsmi müqavilə yaxın günlərdə imzalanacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın mətbuat katibi Yalçın Əliyev deyib. O, Peşəkar Futbol Liqasının saytına klubun gələcək planları haqqında məlumat verib:
“Con Benjamin Toşakın “Xəzər Lənkəran”a gəlməsi klub üçün yeni mərhələnin başlanğıcıdır. Toşakın zəngin məşqçilik karyerası var. “Real” (Madrid), “Deportivo”, “Beşiktaş” kimi klublarda və Uels milli komandasında çalışıb, bir çox titullara sahib olub. Buna qədər isə Makedoniya yığmasında baş məşqçi olub. Benjamin Toşakın növbəti mövsüm üçün komandamıza gətirəcəyi yeni oyunçuların adları hələlik məlum deyil. Gələn mövsüm üçün çempionluğu hədəfləmişik, çünki, “Xəzər Lənkəran” klubunun 10 illiyidir. Topaz Premyer Liqasında yaranmış fasilədə heç bir yoxlama oyunu keçirməyi nəzərdə tutmamışıq. Növbəti turun oyununa hazırlıq adi qaydada davam edir”.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0