Millimizin məşqçisi İsrailə gedəcək
15.03.2013 - 10:12
Millimizin məşqçisi İsrailə gedəcək
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də Təl-Əviv şəhərində İsrail və Portuqaliya milli komandaları qarşılaşacaq. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, həmin oyunu Azərbaycan millisinin məşqçisi Olaf Yansen izləyəcək.

Xatırladaq ki, yığmamız DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də Lüksemburq, martın 26-da isə Portuqaliya yığması ilə üz-üzə gələcək.