Portuqaliya yığmasında daha bir zədəli
15.03.2013 - 12:46
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Portuqaliya yığması daha bir problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, zədə üzündən Nani kimi ulduzunu itirən pireneylilər daha bir yarımmüdafiəçisi Joao Moutinyonun da xidmətindən məhrum ola bilər.
Belə ki, “Porto”da çıxış edən təcrübəli orta sahə oyunçusunun Çempionlar Liqasının 1/4 final mərhələsinin “Malaqa” ilə oyununda aldığı zədə Joao üçün problemə çevrilib. Portuqaliyalı bu üzdən komandasının son məşqinə də qatılmayıb. Ölkə çempionatının növbəti turunda oynaması da sual altına düşən Moutinyonun yığmanın martın 22-də İsrail, 26-da Azərbaycanla səfərdə keçiriləcək matçları da buraxa bilər.
Millinin baş məşqçisi Paulu Bentu DÇ-2014-ün seçmə mərhələsinin vacib əhəmiyyət kəsb edən qarşılaşmaları ərəfəsində yarımmüdafiəçi üçün ciddi narahatçılıq hissi keçirir: “Biz “Porto” klubunun həkimləri ilə sıx təmasda olacağıq ki, Joaonun durumunu hər an bilək. Yəqin ki, onunla bağlı yekun qərarı bazar ertəsi günün 2-ci yarısında verəcəyik”.
Qeyd edək ki, Portuqaliya yığması İsraillə Ramat-Qan, millimizlə Bakıda qarşılaşacaq.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0