Həmyerlimiz hakim səhvi ilə üzləşdi
16.03.2013 - 11:54
Londonda keçirilən şahmat üzrə iddiaçıların turniri qeyri-adi hadisə ilə start götürüb. Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbovun israilli Boris Gelfandla görüşündən əvvəl matçın hakimi diqqətləri özünə cəlb edib.
O, FİDE prezidenti Kirsan İlyumjinovun yarışın ilk gedişini bu partiyada etdiyini elan edərkən xətaya yol verib. Hakim ilk gedişin Vişvinatan Anand – Teymur Rəcəbov matçında edildiyini bildirib. Hərçənd hazırkı dünya çempionu olan asiyalı bu turnirin qalibini gözləyir. Yalnız uzun fasilədən sonra Verner Ştubenvol öz səhvini başa düşərək düzəliş edib.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0