Rəqibimiz Konsdorfda
16.03.2013 - 16:27
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Lüksemburq yığması sabah yoxlama oyununda qüvvəsini sınayacaq. Apasport.az saytının məlumatına görə, martın 22-də yığmamızı qəbul edəcək lüksemburqlular Almaniyanın “Saarbrükken” klubu ilə görüşəcək.
Artıq matçın başlama vaxtı və yeri də dəqiqləşib. Komandalar Konsdorf qəsəbəsindəki stadionda üz-üzə gələcək. Bu balaca şəhər Qrevenmaher dairəsinin Externak kantonasında yerləşir. Matç 2 minə yaxın əhalisi olan qəsəbənin “Union Berdorf” klubuna məxsus stadionunda baş tutacaq. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0