Toşak Lənkərana yollandı
17.03.2013 - 14:51
“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Con Toşak Bakıdan gedib. Apasport.az saytının məlumatına görə, uelsli mütəxəssis komandasının təmsil olunduğu Lənkərana yollanıb. O, bu üzdən bu gün paytaxtda “Hilton” otelində keçirilən mətbuat konfransının sonunda 2 dəfə saatını göstərərək, yola çıxmalı olduqlarına işarə vurdu.
Cənub bölgəsində olmağı səbirsizliklə gözləyən Toşak axşam saatlarında komandaya təqdim olunacaq. “Xəzər Lənkəran” digər klublardan fərqli Topaz Premyer Liqasında yaranan fasilə müddətində istirahətə çıxmayaraq, yeni çalışdırıcısının gəlişi ilə əlaqədar məşqlərini davam etdirib. 64 yaşlı mütəxəssis komanda ilə tanış olduqdan sonra məşqlərə rəhbərlik edəcək və gələn həftə ona qısa müddətlik istirahət vermək fikrindədir.
Qeyd edək ki, Toşakın debütü XXIV turda martın 30-da AZAL-la ev oyununda olacaq.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0