Ronaldo Bakıya “43-lər”i qoşalaşdırıb gəlir
17.03.2013 - 15:51
Portuqaliya milli komandasının kapitanı Kriştianu Ronaldo Azərbaycana məhsuldar göstərici ilə gəlir. Apasport.az saytının məlumatına görə, yığmasının heyətində 2014-cü il dünya çempionatının seçmə mərhələsində martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda millimizlə oyun çıxacaq 28 yaşlı hücumçu 4-cü mövsümdür şərəfini qoruduğu “Real”da “43-lər”i qoşalaşdırıb.
Belə ki, Kriştianu cari mövsümdə 43-cü oyunda 43 qolunu vurub. O, son olaraq İspaniya çempionatının hesabata turunda “Malyorka”ya 5:2 hesabı ilə qalib gəldikləri oyunda fərqlənib.
Bununla da Madrid klubunda möhtəşəm məhsuldarlıq göstərən hücumçu 187 oyunda 190 qol vurub. Bu isə hər oyuna 1 qoldan artıq deməkdir. Ronaldo karyerasında 351-ci qoluna imza atıb. O, bunlardan 2-ni millimizə 2006-cı ilin oktyabrında 3:0 hesabı ilə qalib gəldikləri rəsmi oyunda vurub.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0