“Bakı”nın futbolçusu yığmamızın rəqibinə qarşı
18.03.2013 - 10:34
“Bakı”nın futbolçusu yığmamızın rəqibinə qarşı
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Lüksemburq yığmasının yoxlama oyunlarındakı növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, martın 22-də millimizi qəbul edib, iyunun 4-də Bakının qonağı olacaq rəqibimiz avqustun 14-də yoxlama oyununda Litva ilə görüşəcək. Lakin bu qarşılaşmanın harada keçiriləcəyi hələ razılaşdırılmayıb.

“Bakı” klubunun futbolçusu Deyvidas Çesnauskisin də şərəfini qoruduğu Baltikyanı ölkə təmsilçisi 2-ci dəfə Lüksemburqla görüşəcək. 2009-cu ildə litvalılar səfərdə 1:0 hesabı ilə qalib gəlib.