Berti Foqtsun mətbuat konfransının vaxtı müəyyənləşdi
18.03.2013 - 10:53
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də Lüksemburq yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının keçirəcəyi mətbuat üçün açıq məşqin və baş məşqçi Berti Foqtsun mətbuat konfransının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın çalışdırıcısı oyundan 1 gün əvvəl “Parc-Hotel Alvisse” otelində KİV nümayəndələri ilə görüşəcək. O, Bakı vaxtı ilə saat 15:00-da jurnalistlərin suallarını cavablandıracaq. Martın 21-də saat 18:30-da “Jozi Bartel” stadionunda baş tutacaq məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.
Mənbə: affa.az
Mənbə: affa.az
- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0