Lüksemburq yığmasının oyununun yeri dəyişdi
18.03.2013 - 14:42
Lüksemburq yığmasının oyununun yeri dəyişdi
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Lüksemburq yığması bu gün yoldaşlıq oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Saarbrükken” klubu ilə baş tutmalı olan qarşılaşmanın yeri dəyişdirilib.

Martın 22-də millimizi qəbul edəcək “cırtdan ölkə” təmsilçisi almanları əvvəlcədən planlaşdırıldığı kimi Qrevenmaherin Konsdorf qəsəbəsində deyil, Petanjda sınağa çəkəcək. “Munisipal” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə 22:00-da başlayacaq.