“Bakı”nın müdafiəçisi Gürcüstan millisində
18.03.2013 - 17:15
“Bakı”nın müdafiəçisi Gürcüstan millisində
"Bakı"nın daha bir üzvü milli komandasının sıralarına dəvət alıb. Apasport.az saytının məlumatına görə, cinah müdafiəçisi Georgi Popxadze 2014-cü il dünya çempionatının seçmə mərhələ oyununda Gürcüstan yığmasının formasını geyə bilər.

Hazırda Popxadze martın 22-də səfərdə Fransa ilə qarşılaşacaq Gürcüstan millisinin düşərgəsində yer alır. Bununla da “Bakı”da milli komandalara dəvət alan futbolçuların sayı 10-a yüksəlib.

Qeyd edək ki, Kamran Ağayev, Cavid Hüseynov, Elvin Məmmədov, Rauf Əliyev əsas milliyə, Şəhriyar Əliyev, Nurlan Novruzov U-21-ə, Deyvidas Çesnauskislə Denis İvanov isə Litva və Latviya yığmalarından dəvət alıb. Aqil Nəbiyev isə zədəli olduğu üçün əsas millinin hazırlıqlarından geri qayıdıb.