Kapello Azərbaycan millisindən çəkinir
19.03.2013 - 10:08
“Biz cəmi 4 oyun keçirmişik. Qarşıda isə hələ 6 matçımız var. Ola bilər ki, Lüksemburqla oyunumuz asan olsun. Ancaq bunda da əmin deyiləm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya milli komandasının baş məşqçisi Fabio Kapello deyib. İtaliyalı mütəxəssis 2014-cü il çempionatının seçmə mərhələsində qalan oyunlarının çətin olacağını düşünür.
Onun sözlərinə görə, səfər matçlarından ehtiyatlanırlar və hətta millimizin növbəti rəqibi olan qrupumuzun autsayderi Lüksemburqla matçda da asan 3 xal qazanacaqlarına əmin deyillər: “Bizə hələ Belfasta getmək lazımdır. Yayda Portuqaliya ilə səfər matçımız var. Bundan sonra isə Azərbaycanla Bakıda oyunumuz olacaq. Bir də İsraillə ev matçımız var. Bütün oyunlara ciddi yanaşırıq və dünya çempionatına düşməyimiz heç də asan olmayacaq. Bəli, biz yaxşı başladıq və Portuqaliyadan aralana bildik. Ancaq seçmə mərhələ uzun yoldur”.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0