Bentunun millimizlə oyun qabağı hücumçulara xüsusi tapşırığı
19.03.2013 - 11:28
Bentunun millimizlə oyun qabağı hücumçulara xüsusi tapşırığı
Portuqaliya yığma komandası İsrail və millimizlə keçirəcəyi seçmə oyunlara hazırlığa start verib. Apasport.az saytının məlumatına görə, portəkizlər Obiduş qəsəbəsinin “Praya dEl Rey” adlı stadionunda məşq keçib.

Baş məşqçi Paulu Bentu futbolçuları 2 qrupa bölüb. O, məşq bitdikdən sonra 4 futbolçuya əlavə tapşırıq verib. Belə ki, “Zenit”li Danni, “Deportivo”lu Pitsi, “Volfsburq”lu Vierinya və “Olimpiakos”lu Paulu Maşaduya xüsusi təmrinləri etmək tapşırılıb. İlk 3 futbolçunun hücumçu olması maraqlı məqamlardandır.

Məşqdə öncədən də bildirdiyimiz kimi, “Sevilya”nın qapıçısı Betu və “Portu”nun yarımmüdafiəçisi Juan Motinyu iştirak etməyib. Sonuncunun yerinə heyətə cəlb olunan “Malaqa”lı sol cinah müdafiəçisi Vitorinu Antuneş bugündən hazırlıqlara qoşulacaq.