Brunu Alveş: Bakıya səfər bizim üçün maneə olmamalıdır - MÜSAHİBƏ
19.03.2013 - 12:05
Portuqaliya yığmasının və “Zenit”in mərkəz müdafiəçisi Brunu Alveş müsahibə verib. Apasport.az saytının məlumatına görə, 31 yaşlı futbolçu İsrail və millimizlə oyun öncəsi komandasının şanslarını dəyərləndirib.
- Komandanızın qarşıdakı 2 oyunda şanslarını necə dəyərləndirirsiz?
- Bu 2 oyunda qələbə qazanacağımızı indidən düşünməyin. Biz İsrail yığması ilə oyunda çox ehtiyatlı olmalıyıq. Bu komanda çox aqressivdir, yaxşı müdafiə olunur. Onlar evdə oynamalarına baxmayaraq, bizimlə oyunda əks-hücumlara bel bağlayacaq. Biz İsrail və Azərbaycanla oyunlarda qələbə qazanmaq üçün həmin matçlara yaxşı köklənməliyik.
- Bu, futboldur. Birdən xal itkisi ilə üzləşsəz, necə olacaq?
- Xal itkisi ilə üzləşmək heç vaxt yaxşı sayılmır. Komandada özünəəminliyi azaldır. Ancaq hesab edirəm ki, bizim hər iki matçda da qələbə qazanmaq üçün səviyyəmiz var. Əsas məsələ bu günlərdə yaxşı hazırlıq keçmək və hər iki səfərə ambisiya ilə getməkdir. Ümumiyyətlə, həmişə hesab etmişəm ki, biz qələbə qazana bilərik. Belə düşünməyə əsasım da var. Çünki bizim səviyyəmiz göz qabağındadır.
- Hər halda səfərdə oynamağınız işinizin asan olmayacağı anlamına gəlir...
- Səfərlər bizim üçün maneə olmamalıdır. Axı biz ilk dəfə deyil ki, səfərə yollanırıq. Biz daha öncələr də çoxlu xarici ölkədə oynamışıq.
- Qrupdakı vəziyyət haqda nə deyə bilərsiz?
- Biz istəyirik ki, qrupumuzda 1-ci yerdə olaq. Ancaq hər şey bizdən asılı olsaydı, dərd yarı idi. Bizim üzərimizə düşən məsələ bundan sonrakı oyunların hamısında qələbə qazanmaqdır. Fikrimcə, Rusiya növbəti oyunlarda xal itkisi ilə üzləşə bilər. Onlarla evdə oyunumuz var. Bax onda hər şeyi qaydasına sala bilərik.
- Juan Motinyu bu görüşlərdə oynaya bilməyəcək...
- O, yığma komanda üçün çox vacib oyunçudur. Ancaq əvəzolunmaz futbolçu yoxdur. Bizdə onun funksiyalarını icra edə biləcək başqa oyunçular da var.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0