Avropa çempionatının ikinci günü üçün rəqiblərimiz
19.03.2013 - 17:29
Gürcüstanda güləş üzrə keçirilən Avropa çempionatının ikinci günü 4 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Apasport.az saytının Tiflisə ezam olunmuş əməkdaşının məlumatına görə, yarışda sərbəst güləşçilər 55 kq və 60 kq, qadın idmançılar 51 kq və 59 kq çəki dərəcəsində qüvvələrini sınayacaqlar.
Artıq sabah döşəyə çıxacaq Azərbaycan yığmasının üzvlərinin rəqibləri bilinib. Belə ki, Yaşar Əliyev (55 kq) Georgi Edişeraşvili (Gürcüstan) ilə, Hacı Əliyev (60) Yozef Molnarla (Macarıstan) gücünü yoxlayacaq. Hər 2 idmançımız mübarizəyə 1/8 finaldan başlayacaq.
Qadın güləşçilərin yarışında Anjela Doroqan (51 kq) Burcu Kebiclə (Türkiyə) üz-üzə gələcək. Təmsilçimiz döyüşə 1/8 final mərhələsindən start verəcək. İrina Netraba (59 kq) isə ondan fərqli, yarışa 1/4 finaldan başlayacaq. O, ukraynalı Tatyana Lavrençuk - avstriyalı Martina Rieqler cütünün güclüsü ilə münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0