Məmmədovla gələn qələbə: Lüksemburqla yeganə oyunun Foqts üçün yaddaqalan anı
21.03.2013 - 00:07
Azərbaycan milli komandası tarixində 2-ci dəfə Lüksemburq yığması ilə üzləşəcək. Apasport.az saytının məlumatına görə, millimiz rəqib qarşısına yenə almaniyalı baş məşqçisi Berti Foqtsun rəhbərliyi altında, yenə martda, yenə “Jozi Bartel” stadionunda çıxacaq. Ancaq fərq ondadır ki, 2010-cu il martın 3-də keçirilən matç yoldaşlıq görüşü idisə, bu dəfə martın 22-də rəsmi oyunda – 2014-cü ilin dünya çempionatının seçmə mərhələsində üzləşəcəyik.
Üç il öncə 2:1 hesabı ilə qalib gəldiyimiz oyunda bütün qollar ilk hissədə vurulmuşdu. Belə ki, 24-cü dəqiqədə hücumçumuz Fərid Quliyev hesabı açmağa müvəffəq olmuşdu. 34-cü dəqiqədə rəqibin kapitanı Ceff Ştrasser tarazılığı bərpa etsə də, yarımmüdafiəçimiz Elvin Məmmədova sonda qələbə topu olan qolu vurmaq üçün cəmi 3 dəqiqə lazım gəlmişdi. Yeri gəlmişkən, Elvin digər qolu vuranlardan fərqli martın 22-də keçiriləcək oyuna çağırıldığından, yenə meydana çıxa biləcək.
Ümumiyyətlə, millimizdə həmin matçda oynayanlardan Məmmədovdan başqa qapıçı Kamran Ağayev, müdafiəçilər Rəşad Sadıqov, Maksim Medvedev, Mahir Şükürov, yarımmüdafiəçi Ruslan Abışov və hücumçu Rauf Əliyev yenə Foqtsun sərəncamındadır. Maraqlıdır ki, almaniyalı çalışdırıcının oyunda ehtiyatda saxladığı 5 futbolçunun hamısı – müdafiəçilər Elnur Allahverdiyev, Vladimir Levin, yarımmüdafiəçilər Rəşad Sadiqov, Əfran İsmayılov və hücumçu Vüqar Nadirov da indi onunladır.
Rəqibə gəlincə, oynayanlardan qapıçı Jonatan Juber, müdafiəçilər Tom Şnell, Erik Hoffman, Matias Yansen, yarımmüdafiəçi Rene Peters, Masrio Mutç, Jill Betmer yenə heyətdədir. Fərq baş məşqçilərdədir ki, onda Lüksemburq yığmasını Quy Hellers, indi isə Lyuk Holts çalışdırır. Maraqlıdır ki, sonuncunun açıqladığı 22 nəfərlik heyətdəki 4 hücumçudan heç biri millimizə qarşı oynamayıb. Matçda sarı vərəqə almış futbolçulardan heyətdə olanlardan Lüksembuqrda yalnız Yansendirsə, bizdə Medvedevlə Şükürovdur.
Həmin oyun Foqts üçün millimizdə martda yeganə qələbəsini məhz onda qazandığı baxımından yaddaqalandır. Belə ki, 67 yaşlı çalışdırıcının bundan sonra - 2010 və 2011-ci illərdə martda yeganə matçları səfərdə rəsmi oyunlar olub ki, bunda müvafiq olaraq Rusiyaya 0:2, Belçikaya 1:4 hesabı ilə uduzub. Ötən il isə martda millimizin oyunu olmayıb.
Mehman SÜLEYMANOV
Lüksemburq

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0