Eysebionun debütünü qara gətirən “qırmızı şirlər”
21.03.2013 - 11:52
Azərbaycan yığmasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində növbəti rəqibi olan Lüksemburq yığması futbolumuzla həmyaşıddır. Apasport.az saytının məlumatına görə, bu ölkənin millisi ilk oyununu Azərbaycan futbolunun tarixinin başlandığı 1911-ci ildə keçirib. Onda oktyabrın 29-da Fransa yığmasını qəbul edən lüksemburqlular 1:4 hesabı ilə uduzub.
Rəqibimiz tarixində ən böyük hesablı qələbəsini 1948-ci ilin iyulun 26-da evdə Əfqanıstan yığmasını 6:0 hesabı ilə məğlub etməklə qazanıb. Əvəzində Lüksemburq bundan sonra İngiltərə yığmasından 2 dəfə 0:9 hesablı darmadağın alıb. Bunlardan birincisi 1960-cı ilin oktyabrın 19-da Lüksemburqa, ikincisi 1982-ci ilin dekabrın 15-də Londonda olub.
Ləqəbi “qırmızı şirlər” olan Lüksemburq yığmasının 102 yaşı olsa belə, hənişə Avropanın ən zəif yığmalarından sayılıb. Onun 1934-cü ildən başlayaraq dünya çempionatının final mərhələsinə düşmək cəhdləri uğursuz alınıb. Rəqibinin müəyyən yüksəlişi ötən əsrin 60-cı illərində olub ki, onda Portuqaliya yığması üzərində 4:2 hesablı qələbə xüsusi qeyd olunur. Həmin vaxt Fransa və Belçika klublarında oyanayn bir sıra aparıcı futbolçulara malik lüksemburqlular 1962-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində “Benfika”nın stadionunda keçirilən oyunda əldə etdikləri sensasion qələbə ilə bütün Avropanın diqqət mərkəzinə düşdülər. Bu, Portuqaliyanın əfsanəvi futbolçusu Eysebionun millidə debüt oyunu kimi tarixə düşüb.
Rəqibimizin 1964-cü ildə Avropa çempionatında çıxışı da uğurlu olub. Onda 1/8 finalda Hollandiya yığmasını 1:1 və 2:1 hesablı nəticələrdən sonra keçən lüksemburqlular növbəti mərhələdə Danimarka ilə matçlarda bərabərliyə qalıb – 3:3 və 2:2. Qalibi müəyyənləşdirmək üçün təyin olunan matçda 0:1 hesablı məğlubiyyət Lüksemburqun Avropa çempionluğuna gedən yolunun qarşısını bağlayıb.
Lüksemburq millisi dünya və Avropa çempionatının final mərhələlərinə düşə bilməsə də, 1924-cü ildən 1952-ci ilə kimi Olimpiadalarda iştirak edib. Özü də sonuncu turnirdə Böyük Britaniya yığmasını 5:3 hesabı ilə məğlub etməklə, onu gözlənilmədən mübarizədən kənarlaşdırıb. Ancaq bundan sonra Braziliya yığmasına 1:2 hesablı uduzmaqla mübarizəni dayandırıb.
Qeyd edək ki, hazırda Lük Holtsun baş məşqçisi olduğu Lüksemburq yığmasında ən çox oyun keçirən kapitanı Ceff Ştrasserdir – 98 matç. Ancaq millimizlə yeganə oyunda yeganə qolun müəllifi olan yarımmüdafiəçi bu dəfə heyətdə yoxdur. FİFA-nın reytinqində 144-cü olan rəqibimizin bombardiri isə 16 qol vuran Lion Martdır.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0