Rəşad Sadıqov: Mütləq qalib gəlməliyik deyə irəli atılsaq, yana bilərik
21.03.2013 - 16:23
Rəşad Sadıqov: Mütləq qalib gəlməliyik deyə irəli atılsaq, yana bilərik
“Bir neçə gündür rəqibi təhlil edirik. Asan olmayacağını bilirik. Hər ikisimizin güclü tərəfləri var”. Apasport.az saytının Lüksembuqra ezam olunmuç əməkdaşının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov bu gün keçirilən mətbuat konransında deyib.

Cari seçmə mərhələdə növbəti rəqib olan Lüksemburq yığmasını taktiki cəhətdən yaxşı təhlil etdiklərini deyən müdafiəçi qalib gəlmək üçün əllərindən gələni edəcəklərini bildirib: “Əsas heyətimiz yavaş-yavaş formalaşır. Baş məşqçimiz bilir ki, kimi oynatmaq istəyir, kimi yox. Ancaq əsas heyət son günü bilinir. Çünki dəyişiklər ola bilər. Son günə kimi heç kim dəqiq bir şey deyə bilmir”.

Rəşad mütləq qalib gəlməli olmalıyıq deyə ilk dəqiqələrdən hücuma atılmağı doğru variant saymır: “Qazaxıstanla oyunda belə olmuşdu. Onda qələbə əvəzinə məğlubiyyət aldıq. Mütləq qalib gəlməliyik deyə irəi atsaq, yana bilirik. Rəqib çox yaxşı müdafiə olunur. Heyətində fərqləndirdiyim oyunçuları da deyə bilərəm: 9, 13, 22 nömrə, kapitanlarını. Oyunun əvvəlindən ehtiyatlı, çox diqqətli olmalıyıq. Rəqib bizi cəzalandıra bilər ki, nəticədə çətinliklə üzləşərik”.

Sadıqov bildirib ki, hansl taktika ilə oynayacaqlarını demək düzgün olmazdı: “Psixoloji cəhətdən sakit hazırlaşırıq. Müdafiədə oturub, əks-hücumda oynamaq fikrimiz yoxdur. Biz hər şeyə hazır olmalıyıq”.

Mehman SÜLEYMANOV
Lüksemburq