Yığmamız “Jozi Bartel”ə çıxdı, Foqts Əhmədovla paslaşdı
21.03.2013 - 21:04
Azərbaycan milli komandası 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində sabah qonağı olacağı Lüksemburq yığması ilə oyuna hazırlığını bitirib. Apasport.az saytının Lüksemburqa ezam olunmuş əməkdaşının məlumatına görə, millimizin dünən axşam gəldiyi bu ölkədə yeganə məşqi matç keçiriləcək “Jozi Bartel” stadionunda bu gün olub.
Son məşqdə AFFA rəsmiləri, baş katib Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov iştirak edirdi. Azərbaycandan oyunu işıqlandırmaq üçün gələn 8 jurnalistlə yanaşı, yerli mətbuat nümayəndələri də arenada idilər. Mətbuat üçün məşqin ilk 15 dəqiqəsi açıq olduğundan, vaxt bitəndən stadiondan getməli olduq.
Bu müddətdə futbolçular yüngül çalışmalar etdilər. Ənənəvi isinmə hərəkətlərindən sonra baş məşqçi Berti Foqts futbolçuları meydanın mərkəzinə yığaraq onlarla qısaca söhbətləşdi. Ardından Foqtsun köməkçisi Olaf Yansen oyunçularla birgə fiziki hərəkətlərlər etdi. Foqts isə bu zaman millinin inzibatçısı, keçmiş futbolçumuz Cavid Əhmədovla birgə paslaşmağa başladı.
Daha sonra futbolçular qruplara bölünərək, “kvadrat” oynadılar. Qapıçılar Kamran Ağayev, Səlahət Ağayev və Anar Nəzirov bunu onlarla işləyən məşçqilər – almaniyalı Uli Ştayn və Etibar Tarıverdiyevlə birgə künc bayrağının yanında etdilər. Görünürdü ki, son məşqdə ağır yükləmələr in olmağı nəzərdə tutulmayıb. Futbolçuların ruh yüksəkliyinin və zədəlilərin olmamağı da sabahkı matçta yaxşı nəticəyə ümid verən məqamdır.
Mehman SÜLEYMANOV
Lüksemburq

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0