Daha bir futbolçu cəza üzündən Azərbaycana qarşı oynamayacaq
23.03.2013 - 11:40
Lüksemburq milli komandasının futbolçusu Matias Yaniş cəzalı duruma düşüb. Apasport.az saytının məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi DÇ-2014-ün seçmə mərhələsinin Azərbaycan yığması ilə dünənki qarşılaşmasında sarı vərəqə ilə cəzalanıb.
Bu, Matiasın 2-ci xəbərdarlığıdır. Futbolçu ötən il oktyabrın 12-də komandasının İsrailə 0:6 hesabı ilə uduzduğu görüşdə də sarı vərəqə almışdı. Bu üzdən Yaniş növbəti seçmə oyunu buraxmalıdır.
Lüksemburq yığması isə növbəti oyununu da Azərbaycan millisinə qarşı keçirəcək. Belə ki, dünənki rəqibimiz oyunun 7-də Bakıda qonağımız olacaq. Həmin gün cırtdan ölkə təmsilçisi “Bakcell Arena”da komandamızla qarşılaşacaq. 23 yaşı yarımmüdafiəçi isə həmin matçda forma geyməyəcək.
Qeyd edək ki. millimizin növbəti – martın 26-dakı görüşündə də qonaq komanda cəzalı futbolçunun yoxluğundan əziyyət çəkəcək. Portuqaliya yığması Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə Kriştianu Ronaldonun xidmətindən məhrumdur.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0