“Azərbaycandakı oyunla bağlı başqa variantımız yoxdur”
23.03.2013 - 13:46
“İsraildə oynamağımın səbəbi o idi ki, 100 faiz hazır idim. Agrılar da hiss etmirdim. Bu üzdən də meydana atıldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliya milli komandasının futbolçusu Joao Moutinyo deyib.
Zədə üzündən DÇ-2014-ün İsraillə dünənki oyununa hazırlıqlarda tam iştirak etməyən futbolçu gözlənilmədən səfər matçında (3:3) 90 dəqiqə meydanda olub. Moutinyo martın 26-da Bakıda Azərbaycan millisinƏ qarşı matçda da komandasına kömək edəcək: “Artıq qrup 2-cisi olub pley-offa çıxmaq uğrunda mübarizə aparmalıyıq. Martın 26-da bizi Bakıda çox vacib olan qarşılaşma gözləyir. Həmin oyunu mütləq udmalıyıq. Başqa variantımız da yoxdur. Məqsədimizə çatmaq üçün bunu bacarmalıyıq. Lakin bu qələbə də bizə haqq qazandırmayacaq”.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0