Vieyrinya: Hiss edirəm ki, Bakıda qalib gələ bilərik
23.03.2013 - 15:01
“Azərbaycan milli komandasına qalib gəlməliyik. Bunun üçün də gücümüzü səfərbər etməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliya milli komandasının futbolçusu Vieyrinya deyib.
Almaniyanın “Volfsburq” klubunun hücumçusu DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 26-da keçiriləcək Azərbaycanla səfər matçı haqda fikirlərini açıqlayıb: “Hiss edirəm ki, Bakıda qalib gələ bilərik. Bunu tək mən yox, hamımız da hiss edirik. Buna son dəqiqəyədək inanıb həyata keçirməliyik. Başqaları bizə inanmayanda da bunu bacarmalıyıq”.
Qeyd edək ki, Azərbaycan – Portuqaliya oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0