Portuqaliya yığması Bakıda – FOTO
23.03.2013 - 15:25
Portuqaliya yığması Bakıda – FOTO
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Portuqaliya yığması Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, dünən İsrail millisi ilə məhsuldar heç-heçə (3:3) edən pireneylilər martın 26-dakı yığmamızın qonağı olacaq.

Cəza üzündən millimizlə oyunu buraxacaq Kriştianu Ronaldonun komanda yoldaşları matça hazırlıqlarını ölkəmizdə davam etdirəcək.

Qeyd edək ki, martın 26-da baş tutacaq Azərbaycan – Portuqaliya oyunu saat 21:00-da başlayacaq.