Berti Foqts və Paulu Bentunun mətbuat konfransının vaxtı açıqlandı
23.03.2013 - 17:06
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan və Portuqaliya milliləri arasında qarşılaşma ərəfəsində hər 2 komandanın baş məşqçisinin mətbuat konfransı və komandaların mətbuat üçün açıq məşqi olacaq. Apasport.az saytının məlumatına görə, bu tədbirlərin vaxtı açıqlanıb.
Martın 24-də saat 11:00-da Azərbaycan milli komandası Tofiq Bəhramov adına Respublika stadionunda ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqə çıxacaq. Qonaqların eyni arenada analoji hazırlığı isə martın 25-də saat 19:00-da gerçəkləşəcək.
“Sheraton Baku Airport Hotel”də mətbuat konfransı keçirəcək Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts KİV nümayəndələri ilə martın 25-də saat 12:00-da görüşəcək. Onun portuqaliyalı həmkarı Paulu Bentu isə həmin gün saat 20:20 Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalına daxil olacaq.
Qeyd edək ki, Azərbaycan – Portuqaliya oyunu martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Mənbə: affa.az

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0