Sonuncu gündə rəqiblərimiz
23.03.2013 - 17:24
Sabah Gürcüstanda keçirilən Avropa çempionatına yunan-Roma güləşçilərinin mübarizəsi ilə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, çəkisi 66 kq, 74 kq və 84 kq olan idmançılar qitənin ən güclüsünün adına aydınlıq gətirəcəklər.
Bu çəki dərəcələrində qüvvəsini sınayacaq Azərbaycan güləşçiləri rəqiblərini tanıyıblar. Baş tutan püşkatmanın nəticəsinə əsasən yığmamızın üzvlərindən Saman Təhmasibi (84 kq) rusiyalı Aleksey Mişin, Rafiq Hüseynoov (74 kq) almaniyalı Paskal Eysele, Həsən Əliyev (66 kq) belaruslu Yaroslav Kardaşla qarşılaşacaq. Təmsilçilərimizin üçü də 1/16 finaldan mübarizəyə başlayacaq.
Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0