Portuqaliya Bakıda Ronaldosuz məşqə çıxdı
23.03.2013 - 17:57
Bu gün Portuqaliya milli komandasının mətbuat üçün açıq məşqi keçirilib. Lent.az-ın verdiyi məlumata görə, “Bakı” klubunun təlim-məşq bazasında baş tutan məşqi 1000-dək azarkeş izləyib. Lakin onların Kristiano Ronaldonu canlı görmək arzusu baş tutmayıb. Ronaldo Bakıya gəlsə də, məşqdə iştirak etməyib. Bakı klubunun rəsmilərinin verdiyi məlumata görə, ulduz futbolçunun sabahkı məşqdə iştirakı gözlənilir. Amma istənilən halda Ronaldo cəzalı olduğu üçün martın 26-da Azərbaycan millisinə qarşı forma geyinməyəcək.
Məşqdə Portuqaliya yığmasının 23 oyunçusu iştirak edib. Onlardan dünən İsrailə qarşı 90 dəqiqə meydanda olmuş futbolçular ayrıca qrup halında 20 dəqiqəyədək hazırlıq keçib və daha sonra meydançanı tərk ediblər. Həmin futbolçular arasında Pepe, Nani, Brunu Alveş də yer alıb. Lakin Fabio Koentrao yüngül zədəli olduğu üçün məşqə çıxmayıb. Digər heyət üzvləri baş məşqçi Paulo Bentunun rəhbərliyi altında 1,5 saatadək məşq ediblər.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0