“Ronaldo Bakıya getməklə əsl kapitan kimi hərəkət etdi”
24.03.2013 - 10:49
“Əminəm ki, komandamız Azərbaycanla oyuna tam konsentrasiya olacaq. İsraildəki xal itkisindən sonra Bakıda mütləq qələbə qazanmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliya milli komandasının sabiq futbolçusu Joao Pintu deyib.
Ölkəsinin ən tanınmış oyunçularından olmuş veteran futbolçu DÇ-2014-ün seçmə mərhələsinin martın 26-da keçiriləcək Azərbaycan – Portuqaliya oyunu ərəfəsində nikbinliyi ilə diqqət çəkir: “Cəzalı olan Kriştianu Ronaldonun yığma ilə Azərbaycana yollanması da komandaya əlavə müsbət enerji verəcək. Hücumçumuz əsl kapitan kimi hərəkət etdi. Çünki belə durumda onun komanda ilə olması vacib idi. Ronaldo kapitanlıq nümunəsidir”.

- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0