“Fənərbaxça”nın futbolçusu Bakıda xəstələndi
24.03.2013 - 16:52
“Fənərbaxça”nın futbolçusu Bakıda xəstələndi
Portuqaliya milli komandası daha bir itki ilə üzləşə bilər. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 26-da keçiriləcək matçda Azərbaycan yığması ilə görüşəcək pireneylilərin futbolçusu Raul Meyreleş məşqlərə qatılmır. Buna səbəb futbolçunun xəstələnməsidir. Türkiyənin “Fənərbaxça” klubunun yarımmüdafiəçisi qripə yoluxduğundan “bakı”nın bazasında məşq etməyib.

Qeyd edək ki, Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldo cəza üzündən millimizlə matçı buraxacaq.