Teymur Rəcəbov autsayderə uduzdu – YENİLƏNİB
26.03.2013 - 00:42
Böyük Britaniyanın paytaxtı Londonda şahmat üzrə iddiaçılar turnirində IX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov bu dəfə ukraynalı şahmatçı Vasili İvançukla qarşılaşıb.
Ötən gün Boris Gelfanda uduzan həmyerlimiz turnir cədvəlinin aşağı pilləsinə yuvarlanıb. Bu dəfə Rəcəbov birinci dövrədə məğlub etdiyi və hazırda yarışın autsayderi olan İvançuk üzərində ikinci qələbəsini qazanmaq üçün çıxmışdı. Lakin Teymur rəqibinə məğlub olub.
Digər görüşlərdə isə Vladimir Kramnik Maqnus Karlsenlə, Pyotr Svidler Aleksandr Qrişukla heç-heçə edib. Boris Gelfand isə Levon Aronyan üzərində qələbə qazanıb.
Qeyd edək ki, ümumi mükafat fondu 510 min avro olan turnirdə mübarizə aparan zəka sahibləri bir-biriləri ilə 2 dəfə - həm ağ, həm də qara fiqurlarla üz-üzə gələcəklər. Yarışın qalibi dünya şahmat tacı uğrunda görüşdə hazırkı çempion, hindistanlı Vişvanatan Anandla mübarizə aparacaq.
25 mart
IX tur
Teymur Rəcəbov (Azərbaycan, 2793) – Vasili İvançuk (Ukrayna, 2757) – 0:1
Vladimir Kramnik (Rusiya, 2810) – Maqnus Karlsen (Norveç, 2872) - 0,5:0,5
Pyotr Svidler (Rusiya, 2747) – Aleksandr Qrişuk (Rusiya, 2764) - 0,5:0,5
Boris Gelfand (İsrail, 2740) – Levon Aronyan (Ermənistan, 2809) - 1:0
Xal durumu: Karlsen – 6, Aronyan – 5,5, Kramnik – 5, Qrişuk, Gelfand – 4,5, Svidler – 4, İvançuk – 3,5 Rəcəbov – 3.

- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0