AFFA fanklub rəhbərlərinə bilet verəcək
25.03.2013 - 11:55
AFFA fanklub rəhbərlərinə bilet verəcək
Milli komandanın bütün ev oyunlarında olduğu kimi, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Portuqaliya matçı üçün də AFFA tərəfindən fanklublara bilet veriləcək. Apasport.az saytının məlumatına görə, biletlər əvvəlki oyunlarda oilduğu kimi, müəyyən edilmiş sayda olacaq.

Biletlər yalnız fanklubların rəhbərlərinə qarşılaşmanın başlanmasına 2 saat qalmış, yəni 19:00-dan gec olmayaraq Tofiq Bəhramov adına Respublika stadionunun qarşısında təqdim olunacaq. Bunun üçün AFFA-da əlaqələndirici şəxs Elnur Məmmədov təyin olunub.

Qeyd edək ki, mətbuatda fanklub rəhbərlərinin Lüksemburqla oyunun nəticəsinə görə yığmanı boykot edəcəyi fikirləri yer alıb.