Berti Foqts: Biz Portuqaliyaya qalib gəlmək istəyirik - MÜSAHİBƏ
25.03.2013 - 12:39
Bu gün Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, köməkçisi Olfa Yansenlə birgə gələn almaniyalı çalışdırıcı “Şeraton” otelində həm yerli, həm də portuqaliyalı jurnalistlərin suallarını cavablandırıb.
Foqts ilk olaraq hazırlıq barədə danışıb.
- Köməkçim Yansen İsrail – Portuqaliya oyununu izləyib. O, suallarınızı cavablandıra bilər. Hazırlığa gəlincə, razı qalmışam. Komandamız Lüksemburqla oyundan 16 saat keçəndən sonra məşq etdi. Şərait fərqli olduğundan, çətin idi. Hamımız bilirik ki, bizi sabah dünyanın ən güclü yığmalarından biri gözləyir. Vaqif Cavadovun budunda zədəsi olduğuna görə heyətdə olmayacaq.
- Lüksemburqla oyunda cinahlar fəal deyildi. Bir sıra futbolçularda oyun praktikası yoxdur. Ancaq formada olan Araz Abdullayev dəvət almır. Bu prinsip aparmaq nə ilə bağlıdır?
- Araz barədə hər şeyi danışmışam. O, milliyə niyə görə dəvət almadığını bilir. Araz Avroliqada çox az oynayıb. Daxili çempionatla beynəlxalq matçlar fərqlidir.
- Cihan klubunda oynamır. Belə söhbət gəzir ki, Özkaraının menecri sizinlə dost olduğuna görə milliyə çağırılır?
- Mən Cihanın menecrini tanımıram ki. Belə olan halda, necə bunu deyə bilərsiniz. Belə şeylər danışırsınız ki...
- Lüksemburqla oyunda Rəşad Sadiqovun yorulduğu açıq görünürdü. Ancaq formada olan Elvin Məmmədovu oynatmadınız. Rəşadın yerinə neçə vaxtdır oynamayan Cihanı niyə biraxdınız?
- Həmin vaxt rəqib yorulduğuna görə yyarımmüdafiəçi yox, hücumçu buraxmaq istədim. Buna görə Özkaranı oyuna saldım. Elvinin səviyyəsinə bələdəm.
- Portuqaliya yığmasında itkilər lehimizə olacaq, yoxsa?
- Ronaldo, Naninin oynamamağı işimizi çətinləşdirir. Çünki oynayanda, diqqət onlara olacaq. Bu dəfə 11 nəfərin hamısı diqqət mərkəzində olacaq.
- AFFA millinin ardıcıl 2 oyun keçirəcəyini nəzərə alaraq, 13 günlük təlim-məşq toplanışı təşkil etdi. Buna görə çətinliyi bəhanə gətirməməlisiniz Özü də klubların baş məşqçiləri belə uzun müddətli toplanışlara etiraz etdi...
- O biri ölkələrlə müqayisədə bizdə neçə gün hazırlıq vardı ki? Martda 2 oyun keçirmək AFFA-nın yox, FİFA-nın qərarıdır. Biz digər ölkələrlə müqayisədə 3 gün tez yığışmışıq. Bu da klubların hazırlığından narazı olmağımla bağlıdır. Çox işləyəndə tənqid edilməyi düzgün saymıram. Əvvəlki oyunlarda bəxt, hakim səhvlərini nəzərə alsaq, indi 8 xalımız olmalı idi.
- Portuda keçirilən mətbuat konfransında Portuqaliya yığmasından çox şey öyrənməli olduğumuzu, Bakıda sensasiya edə biləcəyimizi demişdiniz. Bu dəfə meydana öyrənmək, yoxsa sensasiya etmək üçün çıxacaqsınız?
- Ümid edirəm ki, sürpriz etməyə çıxacağıq. Dediklərimdə diqqətli olmalıyam. Çünki sabah sürpriz olmasa, oyundan sonra mətbuat konfransında ilk sualınız bu olacaq. Biz nəticə üçün çıxacağıq. Portuqaliya yığmasına qalib gəlmək istəyirk.
Mehman SÜLEYMANOV

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0