Rauf Əliyev: Eybi yoxdur, qoy Portuqaliya yığması bizi saymasın
25.03.2013 - 12:37
“Dünyanın ən güclü yığmalarından birinə qarşı oynayacağıq. Biz də meydana gücümüzü qoymağa çıxacağıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Rauf Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.
O, 2014-cü il dünya çempionatının seçmə mərhələsində Portuqaliya yığması ilə sabahkı ev oyununda nəticəyə oynayacaqlarını bildirib: “Hamı evdə yaxşı oynayacağımıza ümidlidir. Azarkeşlərimiz bizdən böyük ölkələrlə oyunlarda sensasiya gözləyirlər. Bu il daha çox səfərdə və ehtiyatlı oynamışıq. İsrail yığması zəif deyil və Portuqaliyaya qarşı yaxşı oyun göstərdi. Biz də elə oynayıb, rəqibi əks-hücumlarda tuta bilərik”.
Əliyev rəqibin heyətində oynamayacaq liderlər – Kriştianu Ronaldo, Naniyə görə arxayınlaşmağı düzgün saymır: “Portuqaliya Ronaldo, Nanidən ibarət deyil. Onların futbolçuları böyük klublarda oynayır. Sadəcə, Ronaldo, Nani olanda daha güclü olurlar. Eybi yoxdur, qoy Portuqaliya bizi saymasın”.
Hücumçunun sözlərinə görə, Lüksemburqla qolsuz heç-heçədən sonra ruh düşkünlüyü yoxdur: “Biz Lüksemburqla oyunda qalib gəlmək istəyirdik. Çoxları onu zəif sayırdı. Ancaq biz komandanın daxilində onu güclü sayırdıq. Səfərdə bu nəticəni qənaətbəxş saymaq olar. Mənim üçün 1, yoxsa 2 hücumçu ilə oynamağın fərqi yoxdur. Baş məşqçi haqda fikir bildirmək istəməzdim”.
Mehman SÜLEYMANOV

- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0