“Portuqaliya ilə matçda necə sürpriz edəcəyimizi açıqlamaq ağılsızlıq olardı”
25.03.2013 - 12:51
“Portuqaliya ilə matçda necə sürpriz edəcəyimizi açıqlamaq ağılsızlıq olardı”
“İsrail yığması Azərbaycan millisi arasında fərq böyükdür. Bu, futbolçularının çoxunun xaricdə oynamağı ilə bağlıdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan millisinin məşqçisi Olaf Yansen bu gün keçirilən mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis 2014-cü il dünya çempionatının seçmə mərhələsində istadiondan izlədiyi İsrail – Portuqaliya oyunu haqda fikirlərini bildirib: “İsrail yığması Portuqaliya ilə oyunda müdafiəni düzgün qumuşdu. Müdafiədə nizamlı oynadı. 2-ci dəqiqədə qol buraxsa da, hələ ilk hissədə heç nədən 2 qol vurdu. Bundan sonra oyunun gedişi İsrailin xeyrinə idi. Daha çox müdafiədən oynayıb, ikinci hissədə hesabı 3:1 etdi. Ancaq Portuqaliyanın bundan sonra 2 qol vurub hesabı bərabərləşdirməyi onun gücündən xəbər verir”.

Yansen millimizin Portuqaliya ilə sabahkı matçda sürpriz edə biləcəyi haqda sualı belə cavablandırıb: “Məncə, bizim sabah nəyin hesabına sürpriz edəcəyimizi indi açıqlamaq ağılsızlıq olardı. Onu deyə bilərəm ki, sabah hamını maraqlı oyun gözləyəcək. Mübariz, istəkli oynayacağıq”.

Mehman SÜLEYMANOV