“Qəbələ”nin müdafiəçisi ehtiyatda qaldı
25.03.2013 - 15:07
“Qəbələ”nin müdafiəçisi ehtiyatda qaldı
Qvineya milli komandası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində G qrupunda 3-cü oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “milli fillər” Mozambikin qonağı olub.

Görüşdə hesab açılmayıb. Baş məşqçi Mişel Dussuyer “İstanbul BB”nin müdafiəçisi Kamil Zayattdan sonra vitse-kapitan olan Umar Kalabana oynamaq şansı verməyib. Belə ki, “Qəbələ”nin müdafiəçisi oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, Qvineya yığması topladığı 4 xalla qrup ikincisidir. Qrup lideri isə Misirdir.